"Şəki"nin baş məşqçisi: "Xəyallarımızı gerçəkləşdirmək üçün mübarizə aparacağıq"
Xəyallarımızı gerçəkləşdirmək üçün mübarizə aparacağıq.
"Report"un məlumatına görə, bunu "Şəki"nin baş məşqçisi Bedri Meriç "Lənkəran"a qarşı Azərbaycan Basketbol Liqasının müntəzəm mövsümünün sonuncu - XX turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Türkiyəli mütəxəssis qələbə qazandıqları üçün sevincli olduqlarını bildirib:
"İlk hissədə çox pis oynadıq. İkinci yarıda strategiyamızı dəyişdik və asan qələbə qazandıq. Əla nəticəyə nail olduq. Mövsümün əvvəlində qoyduğumuz hədəfə çatdıq. Lakin mövsüm hələ tam başa çatmayıb. Bundan sonra xəyallarımızın arxasınca gedəcəyik. Bütün heyətlə qürur duyuram. Həqiqətən əla mövsüm keçirdik. Heç vaxt hədəfimizdən dönmədik. Zədəlilərimiz oldu, çətin oyun təqvimi ilə üzləşdik. Sonadək döyüşdük və layiq olduğumuzu aldıq. Pley-offa çıxacağımıza inanırdıq. Bu, tamamilə oyunçuların qazandığı uğurdur. Bütün basketbolçularıma təşəkkür edirəm. Dediyim kimi, hədəfimizə çatdıq. Amma xəyallarımızı gerçəkləşdirmək üçün mübarizə aparmağa davam edəcəyik".
Qeyd edək ki, "Lənkəran" - "Şəki" qarşılaşması qonaq komandanın 107:78 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
"Şəki"nin baş məşqçisi: "Bu gün tamamilə diqqətimizi müdafiəyə yönəltmişdik"
Bedri Meriç: "Sumqayıt" üzərində qələbə qazanacağımıza çox inanırdıq"
Bedri Meriç: "Bu gün "Sumqayıt" qalib gəlmədi, biz məğlub olduq"
“Şəki”nin baş məşqçisi qələbə qazandıqları matçı dəyərləndirib
"Naxçıvan"ın baş məşqçisi: "Birinci pillədə olmağa layiq komandayıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













