NTD klubunun basketbolçusu: "Sübut etdik ki, Azərbaycanın ən güclü komandasıyıq"
Sübut etdik ki, Azərbaycanın ən güclü komandasıyıq.
"Sizinxeber.az" xəbər verir ki, bunu NTD komandasının üzvü, Azərbaycan Kubokunun ən dəyərli basketbolçusu (MVP) seçilən Detrek Brauninq klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, komandasının titul qazanmasının daha önəmli olduğunu söyləyib:
“Mən çox xoşbəxtəm. Bəli, məni MVP seçdilər, amma ən vacibi komandanın uğurudur. Sübut etdik ki, Azərbaycanın ən güclü komandasıyıq. Çox istəyirdik ki, qalib gələk və kuboku qazanaq. Mən, Tayri Boykin və Kvinton Kempbell yanvarda komandaya qoşulduq. İlk oyunumuz kubokda “Lənkəran”a qarşı oldu. O zaman qarşımıza kuboku qazanmağı məqsəd qoyduq vəə iki ay sonra bunu bacardıq. Bu turniri qazanmaq üçün bir ailə olmaq lazımdır. Bu, komanda qələbəsidir. Bu qələbə bizi daha güclü etdi. Titul bizə çempionat oyunlarında da daha çox inam verəcək”.
Qeyd edək ki, ötən gün Bakı İdman Sarayında keçirilən Azərbaycan Kubokunun final matçında NTD "Gəncə"ni 81:72 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
Azərbaycan klubunun basketbolçusu: "Çox təhlükəli komandaya çevrilirik"
NTD-nin basketbolçusu: "İnanıram ki, qarşıda bizi böyük uğurlar gözləyir"
"Neftçi"nin məşqçisi: "Sübut etdik ki, hücumda və müdafiədə çox güclüyük"
Şəhriyar Əsgərov: "Gəncə"yə uduzsaq da, əlimizdən gələni etdik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
