"Azərreyl"in voleybolçusu: "Fiziki baxımdan sona qədər mübarizə aparmağımız sayəsində qalib gəldik"
Fiziki baxımdan sona qədər mübarizə aparmağımız sayəsində qalib gəldik.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Azərreyl"in hücumçusu Roman Merkuşov Yüksək Liqanın XV turunda “Murov Az Terminal”la matçdan sonra Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.
Voleybolçu sadə vəziyyətdə səhvlər buraxdıqlarını deyib:
“İlk növbədə komandamı çətin qələbə münasibətilə təbrik edirəm. Oyun ərzində çoxlu səhvlər etdik. Görüşü ümumi setlərdə 2:0 hesabı ilə davam etdirib bitirə də bilərdik. Amma sadə vəziyyətlərdə etdiyimiz səhvlər qarşılaşmanın uzanmasına səbəb oldu. İstənilən halda yaxşı hazırlıq və rəqibin oyununu əvvəlcədən təhlil etməyimiz, fiziki baxımdan sona qədər mübarizə aparmağımız sayəsində qalib gəldik”.
Qeyd edək ki, "Azərreyl" - "Murov Az Terminal" matçı birincilərin 3:2 (27:25, 24:26, 19:25, 25:21, 15:10) hesablı qələbəsi ilə nəticələnib.
Oxşar xəbərlər
"Azərreyl"in baş məşqçisi: "Qarşıdakı vaxtlarda daha yaxşı oyunlar göstərəcəyik"
"Murov Az Terminal" voleybolçusu: "Növbəti turdakı oyunlar bizim üçün olduqca vacibdir"
"Murov Az Terminal"ın voleybolçusu: "Növbəti turdakı oyunlar bizim üçün olduqca vacibdir"
"Abşeron"un voleybolçusu: "Bu, bizim üçün mühüm qələbə idi"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
