"Murov Az Terminal"ın voleybolçusu: "Növbəti turdakı oyunlar bizim üçün olduqca vacibdir"
Növbəti turdakı oyunlar bizim üçün olduqca vacibdir.
"Report" xəbər verir ki, bunu "Murov Az Terminal"ın üzvü İlhamə Əzimova qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının XI turunda UNEC-lə matçdan sonra federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
O, qələbəyə görə sevincli olduqlarını bildirib:
"Qələbə qazanmağımız münasibəti ilə komanda yoldaşlarımı təbrik edirəm. Növbəti oyunlar bizim üçün olduqca vacibdir. Turnir cədvəlində daha üst pillələrə qalxmaq istəyirik. "Azərreyl"lə keçiriləcək növbəti matçda qələbə qazanmaq istəyirik. İnanıram ki, biz bunu bacaracağıq".
Qeyd edək ki, "Murov Az Terminal" - UNEC qarşılaşması birincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
"Murov Az Terminal" voleybolçusu: "Növbəti turdakı oyunlar bizim üçün olduqca vacibdir"
"Abşeron"un voleybolçusu: "Bu, bizim üçün mühüm qələbə idi"
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X turun oyunları keçiriləcək
Qar voleybolu üzrə Azərbaycan çempionatının finalçıları müəyyənləşib
Qadın və kişi voleybolçuların Yüksək Liqasında növbəti turun proqramı bəlli olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











