Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün növbəti oyunlar keçiriləcək
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XV turun oyunları bu gün keçiriləcək.
"Sizinxeber.az"un məlumatına görə, saat 16:00-da “Gənclər” - MOİK və “Xilasedici” - “Neftçi” görüşləri start götürəcək.
Qarşılaşmalar müvafiq olaraq Sumqayıt Olimpiya İdman Kompleksində və Fövqəladə Hallar Nazirliyinin idman zalında gerçəkləşəcək.
Saat 18:00-da başlayacaq "Azərreyl" - "Murov Az Terminal" matçı Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil ediləcək.
Qeyd edək ki, "Murov Az Terminal" 14 oyundan sonra 34 xalla liderdir. 13 oyun keçirən "Xilasedici" və "Azərreyl"in 31 xalı var. "Neftçi" 21 xalla dördüncü, MOİK 5 xalla beşinci, "Gənclər" 1 xalla sonuncu - altıncıdır.
Oxşar xəbərlər
Kişi voleybolçular arasında Azərbaycan çempionatında X tur başlayır
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIV turun oyunları keçiriləcək
Azərbaycan Yüksək Liqasında IX tura "Azərreyl"in oyunu ilə start verilir
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçiriləcək
Qadın və kişi voleybolçuların Yüksək Liqasında növbəti turun proqramı bəlli olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













