“Milli Aviasiya Akademiyası”nın liberosu: "Komandamız blokda və müdafiədə müəyyən çətinliklər yaşadı"
“Murov Az Terminal”la matçda komandamız blokda və müdafiədə müəyyən çətinliklər yaşadı.
"Sizinxeber.az" xəbər verir ki, bunu “Milli Aviasiya Akademiyası”nın liberosu Rita Timonen Azərbaycan Yüksək Liqasının XIV turunda “Murov Az Terminal”la oyundan sonra Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
O, səhvləri aradan qaldırmağa çalışacaqlarını söyləyib:
“Bütün diqqətimizi rəqib komandanın hücumlarının qarşısını almağa yönəltmişdik. Çünki bilirdik ki, hücumçuların oyunu yaxşı alınsa, bizim üçün təhlükəli ola bilər. Komandamız blokda və müdafiədə müəyyən çətinliklər yaşadı. Lakin oyunda mühüm məqamları lazımınca dəyərləndirə bildik. Bundan sonra həm qəbulda, həm digər mövqelərdə səhvimizi aradan qaldırmağa çalışacağıq”.
Qeyd edək ki, “Milli Aviasiya Akademiyası” - “Murov Az Terminal” matçı birincilərin 3:0 (25:19, 25:21, 25:18) hesablı qələbəsi ilə başa çatıb.
Oxşar xəbərlər
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında 2024/2025 mövsümünün başlayacağı tarix müəyyənləşib
"Murov Az Terminal" voleybolçusu: "Növbəti turdakı oyunlar bizim üçün olduqca vacibdir"
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X turun oyunları keçiriləcək
"Murov Az Terminal"ın voleybolçusu: "Növbəti turdakı oyunlar bizim üçün olduqca vacibdir"
AVF prezidenti "Murov Az Terminal" klubunun bazasında olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda etirazlar səngimir: Etirazçılara atəş açılıb, ölənlərin sayı artır
-
Tehran prokuroru İrandakı etirazçıları edam cəzası ilə hədələdi
-
Təhsil sənədlərinin "mygov" üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir
-
Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib












