"Lənkəran"ın basketbolçusu: "Heyətdəki itkilər “Gəncə” ilə oyunda mənə şans yaratdı"
Heyətdəki itkilər “Gəncə” ilə oyunda mənə şans yaratdı.
"Sizinxeber.az" xəbər verir ki, bunu “Lənkəran”nın gənc basketbolçusu Varid Ağasızadə Azərbaycan Basketbol Liqasının VII turunda "Sumqayıt"a qarşı keçirəcəkləri görüşdən öncə klubun mətbuat xidmətinə açıqlamasında deyib.
20 yaşlı oyunçu rəqibi yaxşı təhlil etdiklərini söyləyib:
“Səhvlərimə baxmayaraq, özümü yaxşı tərəfdən göstərməyə çalışdım. Heyətimiz tam olmasa da, qələbə üçün əlimizdən gələni edib azarkeşlərimizi sevindirmək istəyirik. Məqsədimiz hər dəfə eynidir - yalnız qələbə! Son 3 oyunda məğlub olmağımıza baxmayaraq, komandada ab-hava əladır. Pley-offa vəsiqə qazanmaq üçün əlimizdən gələni edib, qələbələrimizin sayını artıracağımıza inanıram”.
O, çempionatın bu il daha maraqlı olduğunu bildirib:
“Ötən ilə nisbətən bu il liqa daha maraqlı keçir. Yeni klublar yaradılıb və 2 qrupun olması rəqabətə təsir göstərir. Əksər oyunlar başabaş keçir”.
Qeyd edək ki, "Sumqayıt" - "Lənkəran" matçı bu gün Sumqayıt Olimpiya İdman Mərkəzinin meydanında, saat 15:00-da start götürəcək.
Oxşar xəbərlər
"Gəncə"nin basketbolçusu: "İlk oyunda qələbə qazanmağımız çox vacib idi"
"Sumqayıt"ın basketbolçusu: "Məğlub olduğumuz oyunlara tam hazır deyildik"
"Ordu"nun basketbolçusu: “Quba” ilə oyunda asan qələbə qazanacağımızı düşünürdüm"
"Lənkəran"ın amerikalı basketbolçusu: "Dağın zirvəsi"nə çıxmaq üçün pley-offa yüksəlməyə çalışacağıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatıb
