NTD-nin basketbolçusu: "Əsas məqsədimiz Azərbaycan çempionu olmaqdır"
sizinxeber.az xəbər saytı

NTD-nin basketbolçusu: "Əsas məqsədimiz Azərbaycan çempionu olmaqdır"


Cari mövsümdə əsas məqsədlərimiz pley-offa çıxmaq və çempion olmaqdır.

"Sizinxeber.az" xəbər verir ki, bunu NTD-nin basketbolçusu Daniel Mudi klubun mətbuat xidmətinə açıqlamasında Azərbaycan Basketbol Liqasında geridə qalan üç turda komandanın çıxışını dəyərləndirərkən deyib.

O, ilk 3 matçda qələbə qazanamalı olduqlarını vurğulayıb:

“Düşünürəm ki, liqanın ilk 3 oyununda 3 qələbə qazanmalı idik. İki görüşdə özümüz özümüzə uduzduq. Müdafiədəki səhvlərimiz və qeyri-dəqiq atışlarımız məğlubiyyətlərə gətirib çıxardı. Məşqlərimiz davam edir. Artıq xeyli müddətdir hazırlaşırıq, buna görə qarşıdakı oyunlarda kobud səhvlər olmamalıdır. Meydanda öz gücümüzü göstərə bilsək, qələbələr qazanacağıq".

Basketbolçu NTD-yə keçidi haqqında da danışıb:

"Mənim üçün böyük bir fürsət idi, ona görə də bu klubu seçdim. Cari mövsümdə əsas məqsədimiz pley-offa çıxmaq və çempion olmaqdır. Komanda şəklində bunları etsək, şəxsi məqsədlərim də reallaşacaq. Azərbaycan Basketbol Liqasında "4+1" limiti var. Ümumilikdə vəziyyət kifayət qədər yaxşıdır və düşünürəm ki, çempionat hər il daha da inkişaf edəcək”.

Qeyd edək ki, A qrupunda yer alan NTD geridə qalan 3 turda 1 qələbə qazanıb, 2 dəfə məğlub olub. Komanda hazırda 4 xalla qrupda dördüncüdür.

Oxşar xəbərlər

"Lənkəran"ın amerikalı basketbolçusu: "Dağın zirvəsi"nə çıxmaq üçün pley-offa yüksəlməyə çalışacağıq"
"Lənkəran"ın basketbolçusu: "Səhvlərimizin üzərində işləyəcəyik"
“Sumqayıt”ın yeni transferi: "Əsas hədəfimiz pley-offa vəsiqə qazanmaqdır"
"Sumqayıt"ın kapitanı: "Ölkə çempionatında əsas hədəf pley-offa vəsiqə qazanmaqdır"
NTD-nin basketbolçusu: "Neftçi"yə qarşı daha yaxşı oynayıb qələbə qazanacağımızı gözləyirəm"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər