Azərbaycan Voleybol Federasiyasının rəsmisi beynəlxalq matça təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının “Təlim və aşağı yaş qrupları üzrə iş” şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən beynəlxalq matça təyinat alıb.
"Report" federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, N.İsmayılova yanvarın 8-də qadınlar arasında Çempionlar Liqasının B qrupunda baş tutacaq “SSC Palmberg Schwerin” (Almaniya) və “Levallois Paris Saint Cloud” (Fransa) komandalarının oyununda hakimlərin işinə qiymət verəcək.
Almaniyanın Şiverin şəhərində təşkil olunacaq qarşılaşmanın hakimləri ispaniyalı Rodriges Maçin Mariya de las Olas və polşalı Miçliç Aqneşkadır.
Qeyd edək ki, N.İsmayılova Avropa Voleybol Konfederasiyasının bayrağı altında keçirilən oyunlarla yanaşı, bu ildən etibarən Beynəlxalq Voleybol Federasiyası tərəfindən keçiriləcək yarışlara da supervayzer kimi təyinat alacaq.
Oxşar xəbərlər
Azərbaycan Voleybol Federasiyasının rəsmisi Çempionlar Liqasının oyununa təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa çempionatına təyinat alıb
AVF rəsmisi Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının rəsmisi beynəlxalq yarışa təyinat alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
