"Kür"ün baş məşqçisi: Mərhələ adlamaq üçün əlimizdən gələni etdik
sizinxeber.az xəbər saytı

"Kür"ün baş məşqçisi: Mərhələ adlamaq üçün əlimizdən gələni etdik


Mərhələ adlamaq üçün əlimizdən gələni etdik.

"Sizinxeber.az"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycanın kişi həndbolçulardan ibarət "Kür" komandasının baş məşqçisi Nasser Salimi Avropa Kubokunun III mərhələsində İslandiya təmsilçisi “Haukar” ilə ilk oyundan sonra jurnalistlərə açıqlamasında bildirib.

Mütəxəssis 28:37 hesablı məğlubiyyəti şərh edib:

"Hər iki oyunda sonadək müzakirə apardıq. Rəqib çox güclü idi. Dünənki oyunla müqayisədə bu gün nisbətən zəif oynadıq. Həmçinin bütün oyunçulara şans verdik. Azarkeşlərə, federasiyaya, sponsorlara təşəkkür edirəm. İnşallah, növbəti mövsüm daha yaxşı çıxış edərik".

Qeyd edək ki, komandalar arasında ötən gün baş tutan ilk oyun "Haukar"ın 30:25 hesablı qələbəsi ilə bitib.

Oxşar xəbərlər

"Kür"ün baş məşqçisi: Azərbaycanda həndbolu çox sevirlər
"Kür" komandasınıın oyunçusu: "İnanıram ki, sabahkı oyunda məğlubiyyətin əvəzini çıxacağıq"
Avropa Kuboku: "Kür" İslandiya klubu ilə cavab matçına çıxacaq
Azərbaycan klubunun həndbolçusu: "Çox çalışdıq və qələbə qazanıb növbəti mərhələyə adladıq"
"Kür"ün həndbolçusu: "Qalib gəlməyimizin əsas səbəbi məşqçimizdir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər