sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Rusiyalı hokkeyçi 20 aylıq diskvalifikasiya edilib
Rusiyalı hokkeyçi Maksim Makarov antidopinq qaydalarının pozulmasına görə 20 aylıq diskvalifikasiya edilib.
"Report" TASS-a istinadən xəbər verir ki, analizlər 30 yaşlı hokkeyçinin dopinqdən istifadə etdiyini göstərib.
Diskvalifikasiya barədə qərar 2023-cü il dekabrın 21-dən qüvvəyə minib. Cəza müddəti 2025-ci il avqustun 21-də başa çatacaq.
Qeyd edək ki, Sankt-Peterburq hokkey məktəbinin yetirməsi olan M.Makarov 2020-ci ildən Fransanın ikinci divizionunda çıxış edən "Marsel"in formasını geyinir.
Oxşar xəbərlər
Rusiyalı atlet antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilib
Azərbaycan cüdoçusu 24 aylıq diskvalifikasiya olunub
İsrail idmançısı iki il müddətinə diskvalifikasiya edilib
Avstraliyalı idmançı bir il müddətinə diskvalifikasiya olunub
Mərc oyunlarında iştirak edən həndbolçu diskvalifikasiya edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











