"Abşeron" klubunun baş məşqçisi: "Voleybol Azərbaycanda inkişaf edir"
sizinxeber.az xəbər saytı

"Abşeron" klubunun baş məşqçisi: "Voleybol Azərbaycanda inkişaf edir"


Həqiqətən deyə bilərəm ki, voleybol Azərbaycanda inkişaf edir.

"Sizinxeber.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qadın voleybolçulardan ibarət "Abşeron"un baş məşqçisi Famil Ağayev "Gəncə"yə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun final oyunundan sonra deyib.

Mütəxəssis qalib gəldikləri üçün sevincli olduqlarını bildirib:

"Ölkə kubokunu yüksək səviyyədə təşkil etdiyi üçün Azərbaycan Voleybol Federasiyasına öz dərin təşəkkürümü bildirirəm. Oyunlar yüksək səviyyədə keçdi. Həqiqətən voleybol Azərbaycanda inkişaf edir. Keçirilən final oyunlarından sonra bunu söyləmək olar".

Qeyd edək ki, "Abşeron" Azərbaycan Kubokunun final görüşündə "Gəncə"yə 3:0 hesabı ilə qalib gələrək qızıl medallara sahib çıxıb.

Oxşar xəbərlər

"Xilasedici"nin baş məşqçisi: "Bütün fikrimizi Azərbaycan Kubokunu qazanmağa yönəltmişdik"
Voleybol üzrə Azərbaycan Kubokunun qalibləri mükafatlandırılıb
Qadın voleybolçular arasında Azərbaycan Kubokunun sahibi bəlli olub
Voleybol üzrə Azərbaycan Kubokunda finalçılar bəlli olub
FHN-in voleybol komandası ölkə kubokunun qalibi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər