ABŞ-dən olan basketbolçu "Orlando" klubunun tarixinə düşüb
sizinxeber.az xəbər saytı

ABŞ-dən olan basketbolçu "Orlando" klubunun tarixinə düşüb


ABŞ-dən olan oyunçu Paolo Bankero Milli Basketbol Assosiasiyasında (NBA) "Orlando" komandasının tarixinə düşüb.

"Report"un məlumatına görə, o, klub tarixində bir matçda azı 50 xal toplayan ən gənc basketbolçu olub.

Bankero bunu "İndiana"ya qalib gəldikləri (119:115) görüşdə 50 xal toplamaqla reallaşdırıb. İdmançı 21 yaş 351 günündə komanda rekorduna imza atıb.

Basketbolçu NBA tarixində yalnız Lebron Ceymsdən geri qalıb. Hazırda 39 yaşı olan oyunçu 2005-ci ildə 20 yaş 80 günündə bir qarşılaşmada 50 xala çatıb.

Oxşar xəbərlər

Messi MLS-in tarixinə düşüb
Türkiyə millisinin futbolçusu Çempionlar Liqasında yeni rekordlara imza atıb
“Ordu” heyətini yeni basketbolçu ilə gücləndirib
Lebron Ceyms tanınmış klubu almaq qərarına gəlib
“Naxçıvan” basketbol klubu heyətini 2 oyunçu ilə gücləndirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər