"Sabah" ardıcıl dördüncü dəfə Azərbaycan Basketbol Liqasının qalibi olub
sizinxeber.az xəbər saytı

"Sabah" ardıcıl dördüncü dəfə Azərbaycan Basketbol Liqasının qalibi olub


"Sabah" ardıcıl dördüncü dəfə Azərbaycan Basketbol Liqasının qalibi olub.

"Sizinxeber.az"un məlumatına görə, turnirin final seriyasının üçüncü oyununda "Abşeron Lions"u üstələyən "bayquşlar" 2025/2026 mövsümünün qızıl medallarına sahib çıxıblar.

Bakı İdman Sarayında baş tutan görüş "Sabah"ın 108:95 hesablı qələbəsi ilə bitib.

Bakı təmsilçisi əvvəlki iki görüşdə rəqibini məğlub etmişdi - 98:93, 112:84.

Xatırladaq ki, reqlamentə əsasən, final seriyasında üç qələbəyə çatan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olur.

Oxşar xəbərlər

Azərbaycan Basketbol Liqası: "Sabah" çempionluq üçün meydana çıxacaq
"Sabah" Azərbaycan Basketbol Liqasının qalibi olub
"Sabah" Azərbaycan Basketbol Liqasının final seriyasında ikinci qələbəsini qazanıb
Azərbaycan Basketbol Liqasında final seriyasının ikinci oyunu keçiriləcək
Azərbaycan Basketbol Liqası: Final seriyasının üçüncü oyunu bu gün keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər