Azərbaycanda 14 yaşadək oğlan voleybolçular üçün təlim-məşq toplanışı başlayıb
Azərbaycanda seleksiya əsasında seçilmiş 14 yaşadək oğlan voleybolçular üçün təlim-məşq toplanışına start verilib.
"Sizinxeber.az" Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesi Abşeron Olimpiya İdman Kompleksində başlayıb.
Bir ay davam edəcək toplanışa ümumilikdə 16 idmançı cəlb olunub. Məşqlərə yeniyetmə və gənc oğlanlardan ibarət milli komandanın baş məşqçisi Cahangir Seyed Abbasi rəhbərlik edir.
Toplanış müddətində özünü yaxşı tərəfdən göstərən idmançıların müvafiq yaş qrupları üzrə milli komandalara dəvət olunması nəzərdə tutulub.
Qeyd edək ki, təlim-məşq proqramına uyğun olaraq, həm fiziki, həm də texniki hazırlıq üzrə məşqlər həyata keçirilir.
Oxşar xəbərlər
Azərbaycan milllisi Belarusda təlim-məşq toplanışı keçəcək
Azərbaycanın yeniyetmə oğlan və qızlardan ibarət boks millisi təlim-məşq toplanışına başlayıb
Quba Olimpiya İdman Kompleksində cüdoçuların beynəlxalq təlim-məşq toplanışı davam edir
Azərbaycanın güləş milliləri bölgələrdə toplanış keçəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
