Nikolas Cekson icarə müddəti başa çatdıqdan sonra "Çelsi"yə qayıdacaq
Almaniyanın "Bavariya" klubunun hücumçusu Nikolas Cekson icarə müddəti başa çatdıqdan sonra, yayda "Çelsi"yə (İngiltərə) qayıdacaq.
"Sizinxeber.az" insayder Florian Plettenberqə istinadən xəbər verir ki, Münhen klubunun rəhbərliyi və baş məşqçi Vensan Kompani futbolçunun oyunundan razı olsalar da, transferlə bağlı hələlik danışıqlar aparılmır.
Tərəflər arasında yeni icarə müqaviləsi və ya daimi transferlə bağlı müzakirə getmir. Hazırda digər klubların da maraq dairəsində olan 24 yaşlı forvardın mövsümün sonunda London təmsilçisinə dönməsi planlaşdırılıb.
Qeyd edək ki, N.Cekson cari mövsümdə Almaniya Bundesliqasında 19 matçda 6 qol vurub və bir məhsuldar ötürmə edib. O, həmçinin UEFA Çempionlar Liqasında keçirdiyi 8 qarşılaşmada 3 qol və 2 ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
"Çelsi"nin hücumçusu İngiltərənin başqa klubuna keçə bilər
"Bavariya"nın futbolçusu Nikolas Cekson iki oyunluq diskvalifikasiya edilib
"Bavariya"nın üzvü Nikolas Cekson iki oyunluq diskvalifikasiya edilib
"Çelsi"nin hücumçusu karyerasını İtaliyada davam etdirə bilər
"Borussiya" Ceydon Sançonu geri qaytarmaq üçün danışıqlara başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
