sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Sabah" Çempionlar Liqasında Almaniya təmsilçisi ilə üz-üzə gələcək
"Sabah" basketbol klubunun U-18 komandası Çempionlar Liqasında bu gün ikinci matçına çıxacaq.
"Report" xəbər verir ki, Bakı təmsilçisi B qrupunda Almaniyanın "Porşe BBA Lyudviqsburq" kollektivi ilə üz-üzə gələcək.
Qarşılaşma Bosniya və Herseqovinanın Laktaşi şəhərindəki "SD Laktasi" idman salonunda, Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
Qeyd edək ki, komanda ilk oyunda Bosniya və Herseqovina təmsilçisi "İqokea"ya 58:88 hesabı ilə məğlub olub.
Reqlamentə əsasən, qrup qalibləri yarımfinala vəsiqə qazanacaq. İkinci yeri tutanlar 5-8-ci, sonuncu yerin sahibləri isə 9-12-ci yerlər uğrunda mübarizə aparacaqlar.
Oxşar xəbərlər
"Sabah"ın U-18 komandası Çempionlar Liqasında mübarizəyə başlayır
"Sabah"ın U-18 komandası Çempionlar Liqasındakı ilk oyununda uduzub
Azərbaycanın basketbol komandası gənclər arasında Çempionlar Liqasında iştirak edəcək
Çempionlar Liqası: "Sabah" basketbol komandası mübarizəyə başlayır
"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

