sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycanın basketbol komandası gənclər arasında Çempionlar Liqasında iştirak edəcək
Azərbaycanın basketbol komandası aprelin 7-12-də Bosniya və Herseqovinanın Laktasi şəhərində keçiriləcək 18 yaşadək gənclər arasında Çempionlar Liqasında mübarizə aparacaq.
"Report" xəbər verir ki, 12 komanda 4 qrupda çıxış edəcək.
Dördüncü dəfə keçiriləcək yarışda ilk dəfə Azərbaycan təmsilçisi iştirakçılar sırasında yer alacaq. Püşkatmanın nəticəsinə əsasən, komandamız B qrupunda mübarizə aparacaq. Bu qrupda rəqiblərimiz "Igokea" (Bosniya və Herseqovina) və "Porsche BBA Ludwigsburg" (Almaniya) klubları olacaq.
Reqlamentə əsasən qrup qalibləri mübarizəni yarımfinalda davam etdirəcək. İkinci yeri tutanlar 5-8, qrup sonuncuları isə 9-12-ci yerlər uğurunda yarışacaq.
Oxşar xəbərlər
"Neftçi"nin basketbol komandası Avropa Kubokunun müntəzəm mövsümündə çıxış edəcək
Azərbaycanın U-16 basketbol millisi Avropa çempionatında mübarizə aparacaq
“Abşeron Lions”un baş məşqçisi: “Avropa Kubokunda qrupa vəsiqə qazanmaq üçün mübarizə aparacağıq”
"Qarabağ"ın U-16 komandası İtaliyada beynəlxalq turnirdə iştirak edəcək
Azərbaycanın basketbol millisi ilk dəfə B divizionunda mübarizə aparacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

