"Sabah"ın U-18 komandası Çempionlar Liqasındakı ilk oyununda uduzub
sizinxeber.az xəbər saytı

"Sabah"ın U-18 komandası Çempionlar Liqasındakı ilk oyununda uduzub


"Sabah" basketbol klubunun U-18 komandası gənclər arasında Çempionlar Liqasında mübarizəyə start verib.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi B qrupundakı ilk oyununda Bosniya və Herseqovinanın "İqokea" kollektivi ilə üz-üzə gəlib.

Laktasi şəhərində baş tutan qarşılaşma rəqibin 88:58 hesablı qələbəsi ilə bitib.

Azərbaycan təmsilçisi qrupdakı növbəti oyununu sabah "Porşe BBA Lyudviqsburq"a (Almaniya) qarşı keçirəcək.

Xatırladaq ki, reqlamentə əsasən, qrup qalibləri yarımfinala vəsiqə qazanacaq. İkinci yeri tutanlar 5-8, sonuncu yerin sahibləri isə 9-12-ci yerlər uğrunda mübarizə aparacaqlar.

Oxşar xəbərlər

"Sabah"ın U-18 komandası Çempionlar Liqasında mübarizəyə başlayır
Azərbaycanın basketbol komandası gənclər arasında Çempionlar Liqasında iştirak edəcək
"Sabah" sonuncu oyunda məğlub olub
Çempionlar Liqası: "Sabah" basketbol komandası mübarizəyə başlayır
Çempionlar Liqası: "Sabah" basketbol komandası İsveç təmsilçisi ilə qarşılaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər