Azərbaycan Basketbol Liqası: Pley-off mərhələsinin bütün cütləri müəyyənləşib
sizinxeber.az xəbər saytı

Azərbaycan Basketbol Liqası: Pley-off mərhələsinin bütün cütləri müəyyənləşib


Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksələn sonuncu komanda müəyyənləşib.

"Sizinxeber.az" xəbər verir ki, pley-in mərhələsinin ikinci görüşləri çərçivəsində "Sumqayıt" NTD-ni qəbul edib.

Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan görüş NTD-nin 95:88 hesablı qələbəsi ilə başa çatıb.

Tərəflər arasında ilk görüşdə də NTD rəqibini üstələmişdi - 121:107. Bu nəticədən sonra komanda növbəti mərhələdə mübarizə aparmaq hüququ əldə edib.

Qeyd edək ki, daha əvvəl "Naxçıvan", "Şəki" və "Gəncə" kollektivləri də Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksəliblər.

Beləlikə, pley-off raundunda "Sabah" - "Naxçıvan", "Abşeron Lions" - "Şəki", "Neftçi" - NTD və "Ordu" - "Gəncə" matçları keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşib
Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində bu gün iki oyun keçiriləcək
Azərbaycan Basketbol Liqası: Pley-off oyununda "Naxçıvan" "Abşeron"a qalib gəlib
Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ikinci görüşlərinə start verilib
Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində daha iki görüş baş tutacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər