sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində bu gün iki oyun keçiriləcək
Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ikinci oyunları çərçivəsində bu gün daha iki qarşılaşma baş tutacaq.
"Report"un məlumatına görə, əvvəlcə "Lənkəran" evdə "Gəncə"ni qəbul edəcək.
Görüş Lənkəran Olimpiya İdman Kompleksində, saat 15:00-da başlayacaq. Komandalar arasında ilk görüşdə "Gəncə" rəqibini üstələyib - 91:55.
Günün son matçında "Sumqayıt" NTD ilə müansibətlərə aydınlıq gətirəcək. Qarşılaşma Sumqayıt Olimpiya İdman Kompleksində, saat 19:00-da başlayacaq. İlk görüşdə paytaxt təmsilçisi 121:107 hesablı qələbə qazanıb.
Qeyd edək ki, daha əvvəl "Naxçıvan" və "Şəki" komandaları Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksəliblər.
Oxşar xəbərlər
Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində daha iki görüş baş tutacaq
Azərbaycan Basketbol Liqası: Pley-in mərhələsində son görüşlər baş tutacaq
Azərbaycan Basketbol Liqası: Pley-in mərhələsinin ikinci görüşlərinə start verilir
Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ikinci görüşlərinə start verilib
Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində daha iki oyun keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

