Lüksemburqun qadın futbolçularına nalayiq mesaj yazan məşqçi işdən çıxarılıb
Lüksemburqun futbol üzrə qadınlardan ibarət milli komandasının baş məşqçisi Daniel Santos nalayiq mesajlara görə vəzifəsindən azad edilib.
"Report" xəbər verir ki, bu barədə Lüksemburq Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, mütəxəssis milli komandanın bir neçə futbolçusuna nalayiq məzmunlu mesajlar göndərməkdə ittiham olunur və bəzi oyunçular onun davranışından şikayət ediblər.
Federasiyanın açıqlamasında vurğulanıb ki, bu cür davranış etik dəyərlərə və qarşılıqlı hörmət prinsiplərinə ziddir. İddialardan xəbər tutan kimi, futbolçuların qorunması və idman mühitinin bütövlüyünün təmin edilməsi üçün dərhal tədbirlər görülüb. Toplanan sübutlar və oyunçuların məşqçiyə etimadını itirməsi gələcək əməkdaşlığı mümkünsüz edib.
44 yaşlı Santos 2020-ci ilin avqustundan Lüksemburq qadın millisinin baş məşqçisi idi. Onun rəhbərliyi dövründə komanda nə dünya çempionatına, nə də Avropa çempionatına vəsiqə qazana bilib.
Oxşar xəbərlər
Kanada millisinin baş məşqçisi vəzifəsindən kənarlaşdırılıb
Azərbaycanın qadın boksçulardan ibarət millisinin yeni baş məşqçisi müəyyənləşib
Onlar da təltif edildi - Sərəncam
FİFA Panama Futbol Federasiyasının rəhbərini vəzifəsindən kənarlaşdırıb
Nigeriya millisinin yeni baş məşqçisi bəlli olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

