"Gəncə" voleybol klubu kolumbiyalı statistiklə müqavilə bağlayıb
sizinxeber.az xəbər saytı

"Gəncə" voleybol klubu kolumbiyalı statistiklə müqavilə bağlayıb


"Gəncə" voleybol klubu kolumbiyalı statistik Marta Karrilyo ilə müqavilə bağlayıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Voleybol üzrə ixtisaslaşmış magistr təhsilinə malik mütəxəssis həmçinin FIVB Level II (Beynəlxalq Voleybol Federasiyası II səviyyə) sertifikatlı məşqçidir.

Qeyd edək ki, Marta Karrilyo statistik kimi ötən mövsümü Kolumbiyanın "Club Life Volley" komandasında keçirib. O, Perunun "Alianza Lima" və Kolumbiyanın "Bogota State Team" komandalarında da çalışıb.

Mütəxəssis 2020-2022-ci illərdə Meksika millisində statistik vəzifəsini yerinə yetirib.

Oxşar xəbərlər

"Gəncə" voleybol klubu oyunçusu ilə yollarını ayırıb
“Gəncə” voleybol klubu heyətini əcnəbi oyunçu ilə gücləndirib
"Azərreyl" voleybol klubu iki əməkdaşı ilə yeni müqavilə imzalayıb
"Gəncə" klubu yeni oyunçu ilə anlaşıb
Azərbaycanın voleybol komandası baş məşqçisi ilə yollarını ayırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər