“Sabah” basketbol klubu Çempionlar Liqasına ölkə xaricində hazırlaşacaq
“Sabah” basketbol klubu Çempionlar Liqasına ölkə xaricində hazırlaşacaq.
Bunu “Report”a komandanın baş məşqçisi Rimas Kurtinaytis deyib.
Mütəxəssis toplanış zamanı bir neçə yoxlama görüşü keçirməyi planlaşdırdıqlarını söyləyib:
"Avqustun ortalarında Bakıda təlim-məşq toplanışına yığışmağı düşünürük. Hazırlıq prosesinin növbəti mərhələsi isə ölkə xaricində nəzərdə tutulub. Düşünürəm ki, oktyabrın 7-nə, Çempionlar Liqasının startına kimi 7-8 yoxlama oyunu keçirsək, bizim üçün uyğun olar. Püşkatmaya gəlincə, bu barədə indidən nəsə demək çətindir. Çempionlar Liqasında zəif rəqib olmur. Bu səviyyəyə yüksəldiyimiz üçün şadam”.
Qeyd edək ki, “Sabah” Azərbaycan Basketbol Liqasının 2024/2025 mövsümünün qalibi olub.
Oxşar xəbərlər
Çempionlar Liqası: "Sabah" basketbol komandası mübarizəyə başlayır
Çempionlar Liqası: "Sabah" basketbol komandası İsveç təmsilçisi ilə qarşılaşıb
"Sabah" basketbol komandası təlim-məşq toplanışı üçün Litvaya yollanıb
"Sabah" yoxlama matçında Almaniya Bundesliqa təmsilçisinə qalib gəlib
“Sabah” basketbol klubunun baş məşqçisi yarımfinala yüksəldikləri oyunu şərh edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
