Azərbaycan şahmatçıları Astanada türkdilli ölkələrin çempionatında iştirak edəcək
Azərbaycan təmsilçiləri Qazaxıstanın Astana şəhərində türkdilli ölkələr arasında şahmat üzrə açıq çempionatda iştirak edəcəklər.
Azərbaycan Şahmat Federasiyasından "Report"a verilən məlumata görə, mayın 14-dən 17-dək keçiriləcək yarışda Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan şahmatçıları iştirak edəcək.
Ölkəmiz çempionatda həm kişilər, həm də qadınların yarışında mübarizə aparacaq.
Kişi şahmatçılardan ibarət Azərbaycan komandasında Əhməd Əhmədzadə, Misrətdin İskəndərov, Xəzər Babazadə, Şiroğlan Talıbov və Murad İbrahimli çıxış edəcək. Komandanın kapitanı Qədir Hüseynov olacaq.
Qadınların yarışında komandanın heyətinə Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova dəvət edilib. Kapitan kimi İlahə Qədimova təsdiqlənib.
Turnirdə eyni zamanda 16 yaşlılar arasında çempionat keçiriləcək. U-16 turnirində Azərbaycanı kapitan Fərid Abbasovun rəhbərliyi altında Xaqan Əhməd, Şəmsi Qaraxanov, Paşam Əlizadə, Lalə Hüseynova təmsil edəcək.
Reqlamentə əsasən 45 dəqiqədən ibarət partiyalarda hər gedişə 30 saniyə əlavə olunacaq. Ümumilikdə 7 tur oynanılacaq.
Oxşar xəbərlər
Azərbaycan şahmat millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın cavab oyunları bu gün keçiriləcək
Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsi bu gün başlayır
Şahmat üzrə Azərbaycan çempionatında ilk 1/4 finalçılar müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
