sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
PSJ qapıçısı ilə anlaşa bilmədiyi üçün onu satmaq istəyir
Fransanın PSJ klubu qapıçısı Canluici Donnarumma ilə yollarını ayıra bilər.
"Report" "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, ölkə çempionu 26 yaşlı qolkiperlə yeni müqavilə ilə bağlı razılığa gələ bilmir.
Bu səbəbdən Paris təmsilçisi italiyalını satmağı nəzərdən keçirəcək.
Donnarumma ilə İspaniyanın "Real", İngiltərənin "Mançester Siti" və "Mançester Yunayted" klubları yaxından maraqlanır.
Qeyd edək ki, qapıçının PSJ ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatır. 2021-ci ildən komandada çıxış edən futbolçu başa çatan mövsümdə UEFA Çempionlar Liqasının qalibi olub. O, bütün turnirlərdə 40 qarşılaşmada meydanda olub, 12 dəfə qapısını toxunulmaz saxlayıb.
Oxşar xəbərlər
Avropanın top klubları Çempionlar Liqasının qalibi olan qapıçını transfer etmək istəyirlər
İtaliyalı qapıçı PSJ ilə müqaviləsinin müddətini uzatmaq niyyətindədir
"Mançester Siti" qapıçısı ilə yollarını ayırdığını elan edib
Portuqaliya millisinin qapıçısı "Mançester Siti"yə transfer oluna bilər
"Mançester Siti" İtaliya millisinin qapıçısını transfer etmək istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













