Amit Quluzadə: "AFFA İntizam Komitəsinin qərarının dəyişəcəyinə ümid edirdim"
Azərbaycan I Liqasında çıxış edən "Qaradağ Lökbatan" klubunun baş məşqçisi Amit Quluzadə AFFA İntizam Komitəsinin onun haqqında çıxardığı beş oyunluq cəza qərarının dəyişəcəyinə ümid edib.
Mütəxəssis bu barədə "Sizinxeber.az"a açıqlama verib.
O, XXVI turda "Karvan"la oyun bitdikdən sonra hakimləri təhqir etmədiyini və qərardan AFFA-ın Apellyasiya Arbitraj Tribunalına şikayət ünvanladığını xatırladıb:
"Çünki mənim heç bir günahım yox idi. Xahiş etmişdim ki, buna yenidən baxılsın. Qərarın dəyişəcəyinə ümid edirdim. Nə edə bilərəm? Çox ağır cəzadır. Orada yazılıb ki, mən hakimi təhqir etmişəm. Amma oyundan sonra referiləri görməmişəm. Görməmişəmsə, necə onlara söz deyə bilərəm? Hakimlər otağının yanında keçəndə də söyüş söyməmişəm. Nədənsə belə cəza verdilər".
A.Quluzadə gələcək karyerası ilə bağlı hələlik qərar vermədiyini söyləyib: "Ümumiyyətlə nələrin olacağını da bilmirəm".
Qeyd edək ki, A.Quluzadə "Karvan"la oyun bitdikdən sonra hakimləri təhqir etdiyi üçün beş oyunluq cəza alıb. Onun qərarla bağlı AFFA-nın Apellyasiya Arbitraj Tribunalına şikayəti təmin edilməyib.
Oxşar xəbərlər
Hakimləri təhqir edən mütəxəssislə bağlı qərar qüvvədə saxlanılıb
"Qaradağ Lökbatan"ın baş məşqçisi 5 oyunluq cəzalanıb
AFFA İntizam Komitəsi hakimlər otağına girən baş məşqçini cəzalandırıb
AFFA-nın cəzalandırdığı "Qaradağ Lökbatan" klubunun baş məşqçisi hakimlər otağına girməsinin səbəbini açıqlayıb
"Turan Tovuz" AFFA İntizam Komitəsinin qərarından Apellyasiya və Arbitraj Tribunalına şikayət edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
