UEFA Konfrans Liqasının 2024/2025 mövsümünün qalibi müəyyənləşəcək
Bu gün UEFA Konfrans Liqasının 2024/2025 mövsümünün qalibi müəyyənləşəcək.
"Sizinxeber.az" xəbər verir ki, həlledici görüşdə İspaniyanın “Betis” və İngiltərənin “Çelsi” klubları qarşılaşacaq.
Polşanın Vrotslav şəhərindəki eyniadlı stadionda baş tutacaq görüşü Bosniya və Herseqovinadan olan referi İrfan Palto idarə edəcək.
Hər iki komanda finalda ilk dəfə iştirak edəcəklər. 2021/2022 mövsümündən etibarən təşkil olunan UEFA Konfrans Liqasında indiyə qədər üç komanda - “Roma” (İtaliya, 2021/2022), “Vest Hem” (İngiltərə, 2022/2023) və “Olimpiakos” (Yunanıstan, 2023/2024 ) qızıl medalları qazanıb.
Ən çox finala çıxan komanda isə İtaliya təmsilçisi “Fiorentina”dır. Florensiya klubu iki dəfə (2022/2023, 2023/2024) həlledici matçda oynamaq imkanı əldə etsə də, çempionluq sevinci yaşaya bilməyib.
Turnirin tarixində ən çox qol vuran futbolçu Artur Kabraldır. Hazırda Portuqaliyanın “Benfika” klubunun formasını geyinən braziliyalı hücumçu 21 qolla bombardirlər siyahısına başçılıq edir.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Oxşar xəbərlər
UEFA Avropa Liqasının 2024/2025 mövsümünün qalibi müəyyənləşəcək
UEFA Avropa Liqasında 2024/2025 mövsümünün qalibi müəyyənləşib
UEFA Konfrans Liqasının finalçıları bəlli olub
UEFA Konfrans Liqası: Bu gün yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək
UEFA Konfrans Liqasında yarımfinalçılar müəyyənləşəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
