Azərbaycan millisi Avropa çempionatının I seçmə mərhələsinə qələbə ilə başlayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
may
2025
15:00
0
0
1 357
ff

Azərbaycan millisi Avropa çempionatının I seçmə mərhələsinə qələbə ilə başlayıb

23 may, 2025
15:00
1 357

Azərbaycan millisi Avropa çempionatının I seçmə mərhələsinə qələbə ilə başlayıb

Azərbaycanın çimərlik futbolu yığması Avropa çempionatının I seçmə mərhələsinə (EBSL) qələbə ilə başlayıb.

"Report" xəbər verir ki, B Liqasının A qrupunda yer alan komanda İngiltərə yığması ilə qarşılaşıb.

İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunan görüş Sahib Məmmədovun yetirmələrinin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Ramil Əliyev iki, Sahib Məmmədov və Bayram Bayramlı hərəyə bir dəfə fərqləniblər, bir qol isə avtoqol kimi qeydə alınıb.

Qeyd edək ki, Azərbaycan yığması qrupda növbəti oyunlarını mayın 24-də Belçika, 25-də isə Litva seçmələrinə qarşı keçirəcək.

Bizimlə əlaqə saxlayın

×
×