“Real” klubunun futbolçusu iki rekorda imza atıb
sizinxeber.az xəbər saytı

“Real” klubunun futbolçusu iki rekorda imza atıb


İspaniyanın “Real” klubunun futbolçusu Kilian Mbappe iki rekorda imza atıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu bunu ötən gün La Liqanın XXXIV turunda “Real Sosyedad”la matçda reallaşıb.

Fransalı hücumçu debüt mövsümündə "Real"ın heyətində bütün yarışlarda 43 qol vurub ki, bu da yeni klub rekordu kimi qeyd alınıb. Daha əvvəl bu nailiyyət sabiq çilili hücumçu İvan Samoranoya (37) məxsus idi.

Həmçinin K.Mbappe La Liqada vurduğu 31 qolla analoji rekorda imza atıb. Əvvəlki rekordun sahibi 27 qolla Alfredo Di Stefano idi.

Qeyd edək ki, qarşılaşma Madrid klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qola K.Mbappe imza atıb.

Oxşar xəbərlər

Kilian Mbappe tarixi rekorda imza atıb
Mbappe "El-Klasiko"da "Real" üçün əsrin ən yaxşı göstəricisinə imza atıb
Kilian Mbappe 2018-ci ildən bəri ən pis seriyasına imza atıb
Kilian Mbappe zədələnib
"Barselona"nın futbolçusu "Real"la oyunda rekorda imza atıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər