AFFA Region Liqasının qalibi müəyyənləşib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
may
2025
19:00

AFFA Region Liqasının qalibi müəyyənləşib

22 may, 2025
19:00
647

AFFA Region Liqasının qalibi müəyyənləşib

AFFA Region Liqasının qalibi müəyyənləşib.

"Sizinxeber.az" xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan həlledici matçda “Şirvan” və “Xankəndi” komandaları üz-üzə gəliblər.

Qarşılaşma ikincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Xankəndi"nin heyətində Bayram Əliyev (16), Hüseyn Axundov (63) və Elariz Xəlilli (79) dəqiq zərbə müəllifi olub.

Bu nəticənin ardından qalib komanda yeni mövsümdən etibarən Azərbaycan II Liqasında oynamaq hüququ əldə edib. Məğlub olan “Şirvan” futbolçuları isə II Liqanı 13-cü sırada tamamlayan “Lerik” ilə pley-off matçına çıxacaq.

Qeyd edək ki, daha əvvəl baş tutan üçüncü yer uğrunda matçda "Ağstafa Gəncləri" "Göyəzən" kollektivini 5:2 hesabı ilə məğlub edib.

Bizimlə əlaqə saxlayın