"Qalatasaray" "Real"ın qapıçısını transfer etmək istəyir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
may
2025
10:00

"Qalatasaray" "Real"ın qapıçısını transfer etmək istəyir

20 may, 2025
10:00
920

"Qalatasaray" "Real"ın qapıçısını transfer etmək istəyir

İngiltərənin "Aston Villa" və Türkiyənin "Qalatasaray" klubu İspaniya təmsilçisi "Real"ın qapıçısı Andrey Lunini transfer etmək istəyir.

"Report" xəbər verir ki, bu barədə "Defensa Central" nəşri məlumat yayıb.

Onların 26 yaşlı qolkiperə Madrid təmsilçisindən daha sərfəli maliyyə şərtləri təklif etdiyi iddia olunur.

Artıq ukraynalı qapıçının agenti Xorxe Mendeş "Real" rəhbərliyini məsələ ilə bağlı məlumatlandırıb. Paytaxt klubunun yeni baş məşqçisi təyin olunacaq Xabi Alonso Luninin komandada qalmasının tərəfdarıdır.

Qeyd edək ki, qapıçının Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.

Bizimlə əlaqə saxlayın