Özbəkistan Azərbaycanla toxum tədarükü sahəsində əməkdaşlıqda maraqlıdır
sizinxeber.az xəbər saytı

Özbəkistan Azərbaycanla toxum tədarükü sahəsində əməkdaşlıqda maraqlıdır


“Buxoro Agroklaster” MMC xam pambıq toxumunun ixracı sahəsində Azərbaycanla əməkdaşlığa hazır olduğunu bildirib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə müəssisənin nümayəndələri Özbəkistanın Buxara şəhərində səfərdə olan Azərbaycan nümayəndə heyətinə məlumat veriblər.

Nümayəndə heyətinin tərkibinə MEDİA-nın Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyi ilə birgə təşkil etdiyi mətbuat turu çərçivəsində Özbəkistana yollanmış dövlət qurumlarının və idarələrinin mətbuat xidmətlərinin, eləcə də Azərbaycanın kütləvi informasiya vasitələrinin nümayəndələri daxildir.

Qonaqlara bildirilib ki, “Buxoro Agroklaster” regionda kənd təsərrüfatı məhsullarının becərilməsi, dərin emalı və ixracı ilə məşğul olan ən böyük aqrar-sənaye komplekslərindən biridir. Vurğulanıb ki, kompleksin müəssisələrində müasir texnologiyalar tətbiq edilir, keyfiyyətə nəzarət laboratoriyaları fəaliyyət göstərir və tam istehsal tsikli təmin edilir. Şirkət rəhbərliyi Azərbaycan bazarı da daxil olmaqla, xam pambıq toxumu ixracının istiqamətlərinin genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

Proqramın növbəti məntəqəsi dövlət hakimiyyətinin simvolu və Buxaranın əsas görməli yerlərindən biri olan Ark qalası olub. Qonaqlara qalanın tarixi, memarlıq xüsusiyyətləri və Buxara xanlığının idarə olunmasındakı əhəmiyyəti barədə məlumat verilib. Səfər iştirakçıları kompleksin ərazisində yerləşən muzey eksponatlarına da baxıblar.

Daha sonra nümayəndə heyəti Kalon minarəsi, Kalon məscidi və Miri Ərəb mədrəsəsinin daxil olduğu Kalon memarlıq kompleksində olub. XII əsrdə tikilmiş və hələ də Buxaranın simvolu sayılan əzəmətli minarə xüsusi təəssürat yaradıb.

Oxşar xəbərlər

Özbəkistanın İnformasiya və Kütləvi Kommunikasiya Agentliyində Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
Azərbaycanın nümayəndə heyəti Özbəkistan İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyində olub
Danimarka fondu Azərbaycanla aqrar əməkdaşlığı genişləndirmək istəyir
Azərbaycan nümayəndə heyəti Özbəkistanın müxtəlif dövlət qurumlarının fəaliyyəti ilə tanış olublar
Nazir müavini: “Azərbaycan Latviya ilə əməkdaşlığa dair bütün təşəbbüsləri dəstəkləyir”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər