Lisey və gimnaziyalara qəbul prosesinə dəyişikliklərə aydınlıq gətirilib
sizinxeber.az xəbər saytı

Lisey və gimnaziyalara qəbul prosesinə dəyişikliklərə aydınlıq gətirilib


Yeni yanaşma lisey və gimnaziyalara qəbul prosesinin VI sinifdə təhsil alan (yəni növbəti il VII sinfə keçəcək) şagirdlərlə məhdudlaşdırılmasını nəzərdə tutur.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Təhsil İnstitutundan bildirilib.

Qeyd olunur ki, bu yanaşma lisey və gimnaziyalara şagirdlərin qəbulunun daha dolğun akademik və psixoloji hazırlıq səviyyəsində həyata keçirilməsi məqsədinə xidmət edir.

Beynəlxalq təcrübələr də göstərir ki, təmayül əsaslı seçimlər çox erkən yaşlarda deyil, müəyyən baza biliklər formalaşdıqdan sonra aparıldıqda daha ədalətli və səmərəli nəticələr verir.

Nəzərdə tutulduğu kimi, lisey və gimnaziyaların VII siniflərinə qəbul elan olunduğu qaydada keçiriləcək. Liseylərə olan marağı və vətəndaş müraciətlərini nəzərə alaraq, digər yaş qrupları üzrə qəbul prosedurlarına dair ətraflı məlumat yaxın günlərdə ictimaiyyətlə paylaşılacaq.

Oxşar xəbərlər

Bu il 3600-dən çox şagird lisey və gimnaziyalara qəbul olub
Bir sıra lisey və gimnaziyalara qəbul prosesinə start verilir
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
Daha 6 məktəbdə I sinfə qəbul üzrə müsabiqə mərhələsi ləğv edilə bilər
Bəzi liseylərin I sinfi üçün müsabiqə yolu ilə qəbul aparılmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər