Ermənistan DİN: Rusiya əleyhinə aksiya iştirakçıları XİN-in yaxınlığındakı ərazidən uzaqlaşdırılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
may
2025
13:30

Ermənistan DİN: Rusiya əleyhinə aksiya iştirakçıları XİN-in yaxınlığındakı ərazidən uzaqlaşdırılıb

21 may, 2025
13:30
551

Ermənistan DİN: Rusiya əleyhinə aksiya iştirakçıları XİN-in yaxınlığındakı ərazidən uzaqlaşdırılıb

İrəvan polisi Xarici İşlər Nazirliyinin binası yaxınlığındakı ərazini mühasirəyə alaraq Rusiya əleyhinə aksiya iştirakçılarını oradan çıxarıb.

“Sizinxeber.az” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə daxili işlər nazirinin mətbuat katibi Narek Sarkisyan məlumat verib.

"Polis ictimai asayişi qoruyur", - o bildirib.

Qeyd edək ki, Ermənistan XİN-in binasında Ermənistan və Rusiyanın xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrov arasında görüş keçirilib. Əvvəlcə görüş təkbətək, sonra isə geniş formatda keçirilib.

Bizimlə əlaqə saxlayın