“Araz-Naxçıvan” futzal klubu rusiyalı baş məşqçi ilə müqavilə müddətini uzatmaq istəyir
sizinxeber.az xəbər saytı

“Araz-Naxçıvan” futzal klubu rusiyalı baş məşqçi ilə müqavilə müddətini uzatmaq istəyir


Futzal üzrə Azərbaycan Yüksək Liqasında ötən gün çempionluğu rəsmiləşdirən “Araz-Naxçıvan” klubunun rəhbərliyi rusiyalı baş məşqçi Yevgeni Kukseviçlə müqavilə müddətini uzatmaq istəyir.

Bunu “Sizinxeber.az”a açıqlamasında Naxçıvan təmsilçisinin vitse-prezidenti Mahmud Sadıqov bildirib.

O, qarşıya qoyulan hədəflərdən də danışıb:

“Sonuncu oyuna da ciddi yanaşacağıq və lazımi şəkildə bitirəcəyik. Baş məşqçi ilə müqavilə müddətini uzatmaq istəyirik. Hazırda onunla müqaviləmiz var. Razılıq əldə olunsa, növbəti mövsüm üçün yeni müqavilə imzalayacağıq. Həmçinin yeni transferlər də olacaq. Yəqin ki, hazırkı komandadan qapıçı Emin Kürdovu və 5 oyunçunu saxlyacağıq. Heyəti tam yeniləyəcəyik”.

UEFA Çempionlar Liqasına vəsiqə qazanan klubun rəsmisi məqsədlərinin ən azı iki mərhələ adlamaq olduğunu nəzərə çatdırıb:

“UEFA Çempionlar Liqasında çox çətin olacaq. İlkin mərhələdir. Baş məşqçinin qarşısına ən azı iki mərhələ keçmək məqsədi qoymuşuq. Futzalçıları seçməsi və komandanı komplektləşdirməsi üçün ona tam səlahiyyət vermişik”.

Qeyd edək ki, Yüksək Liqanın XIX turunda “Neftçi” İK ilə qarşılaşan “Araz-Naxçıvan” 6:2 hesablı qələbə qazanaraq mövsümün sonuna bir tur qalmış çempionluğu rəsmiləşdirib.

Oxşar xəbərlər

"Araz-Naxçıvan" futzal klubu yeni baş məşqçisi ilə müqavilə bağlayıb
"Araz-Naxçıvan"ın yeni baş məşqçisinin komandaya qoşulacağı tarix bəlli olub
İtaliyalı qapıçı PSJ ilə müqaviləsinin müddətini uzatmaq niyyətindədir
"Brayton" 39 yaşlı futbolçu ilə müqavilə müddətini uzatmaq üçün danışıqlara başlayıb
"Araz-Naxçıvan" klubu baş məşqçisi ilə yolları ayırıb - EKSKLÜZİV

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər