

Ukrayna münaqişənin həlli üçün şərtlərini ABŞ-yə təhvil verib
ABŞ Ukraynadan sülh razılaşması üçün şərtlərin siyahısını alıb.
“Report” xəbər verir ki, bu barədə Donald Trampın xüsusi nümayəndəsi Kit Kelloq “Fox News” telekanalının efirində məlumat verib.
“Bir həftədən bir qədər çox olar ki, ruslar sülhə nail olmaq üçün belə desək, memorandum hazırlayacaqlarını bildirdilər. Biz Ukrayna tərəfdən artıq belə bir memorandum almışıq. İndi də Rusiya tərəfdən oxşar sənədi gözlədiyik”, - o deyib.
Memorandumun alınmasından sonra danışıqların yeni raundunun keçiriləcəyi gözlənilir. Daha əvvəl Kelloq görüşün Cenevrədə keçirilə biləcəyini söyləmişdi.
Xatırladaq ki, Rusiya və Ukrayna nümayəndə heyətləri mayın 16-da İstanbulda son 3 ildə ilk birbaşa danışıqlardan sonra sənədin hazırlanması barədə razılığa gəlib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qeyd edib ki, Moskvanın hazırladığı memorandumda münaqişənin həlli üçün mümkün müddətlər və prinsiplər göstəriləcək. Sənəddə, razılaşmalar əldə olunarsa, müəyyən müddət ərzində potensial atəşkəsin mümkünlüyü də göstəriləcək. Memorandum hazır olan kimi Ukrayna tərəfinə veriləcək. Rusiya xarici işlər naziri Sergey Lavrov Moskva ilə Kiyev arasında yeni görüşün Türkiyədə baş tutacağını istisna etməyib.
Oxşar xəbərlər
Kelloq: Ukrayna və Rusiya tam atəşkəsə yaxınlaşıb
Kit Kelloq: Tramp yaxın aylarda Ukrayna münaqişəsini həll edə biləcək
Kelloq Rusiya ilə Ukrayna arasında əsir mübadiləsini İstanbul danışıqlarının əsas uğuru adlandırıb
Putin: Ukrayna ilə gələcək sülh müqaviləsi üzrə memorandum üzərində işləməyə hazırıq
Kelloq: Ukrayna danışıqlarına başlamazdan əvvəl atəşkəs əldə edilməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
