

Lisey və gimnaziyalara qəbulun VI sinif şagirdlərilə məhdudlaşdırılmasına aydınlıq gətirilib
Yeni yanaşma lisey və gimnaziyalara qəbul prosesinin VI sinifdə təhsil alan (yəni növbəti il VII sinfə keçəcək) şagirdlərlə məhdudlaşdırılmasını nəzərdə tutur.
Sizinxeber.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun lisey və gimnaziyalara qəbul qaydalarında nəzərdə tutulan dəyişikliklərlə bağlı açıqlamasında bildirilib.
Qeyd edilib ki, bu yanaşma lisey və gimnaziyalara şagirdlərin qəbulunun daha dolğun akademik və psixoloji hazırlıq səviyyəsində həyata keçirilməsi məqsədinə xidmət edir.
“Beynəlxalq təcrübələr də göstərir ki, təmayül əsaslı seçimlər çox erkən yaşlarda deyil, müəyyən baza biliklər formalaşdıqdan sonra aparıldıqda daha ədalətli və səmərəli nəticələr verir.
Nəzərdə tutulduğu kimi, lisey və gimnaziyaların VII siniflərinə qəbul elan olunduğu qaydada keçiriləcək. Liseylərə olan marağı və vətəndaş müraciətlərini nəzərə alaraq, digər yaş qrupları üzrə qəbul prosedurlarına dair ətraflı məlumat yaxın günlərdə ictimaiyyətlə paylaşılacaq”, - açıqlamada vurğulanıb.
Qeyd edək ki, bu il ilk dəfə lisey və gimnaziyalara qəbul yalnız 6-cı sinifdən aparılacaq. Əvvəlki illərdə qəbul 5, 6, 7 və 8-ci sinifləri əhatə edirdisə, bu il yalnız 6-cı sinifdə oxuyan şagirdlər qeydiyyatdan keçərək imtahanda iştirak edə biləcəklər. Qaydaların belə ani dəyişməsi valideynlərin narazılığına səbəb olub.
Oxşar xəbərlər
Lisey və gimnaziyalara qəbul prosesinə dəyişikliklərə aydınlıq gətirilib
Bu il 3600-dən çox şagird lisey və gimnaziyalara qəbul olub
Bir sıra lisey və gimnaziyalara qəbul prosesinə start verilir
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
Daha 6 məktəbdə I sinifə qəbul üzrə müsabiqə mərhələsi ləğv edilə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
