"Bavariya" Almaniya millisinin müdafiəçisi ilə danışıqlara başlayıb
sizinxeber.az xəbər saytı

"Bavariya" Almaniya millisinin müdafiəçisi ilə danışıqlara başlayıb


"Bavariya" Almaniya millisinin və "Bayer 04" klubunun futbolçusu Conatan Ta və onun nümayəndələri ilə danışıqlara başlayıb.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə məşhur jurnalist və insayder Florian Plettenberq sosial şəbəkə hesabında yazıb.

29 yaşlı müdafiəçi yayda Münhen təmsilçisi üçün əsas transfer hədəfidir. Baş məşqçi Vinsent Kompani də oyunçunun keçidində israrlıdır.

Bundan əlavə, İspaniyanın "Barselona" və "Real" klubları da Conatan Tanı heyətlərinə cəlb etmək istəyirlər.

Qeyd edək ki, müdafiəçi cari mövsüm Leverkuzen təmsilçisində 47 oyunda meydanda olub, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

"Barselona" Almaniya millisinin üzvünə təklif göndərib
"Barselona" Almaniya millisinin müdafiəçisini transfer etmək istəyir
Bundesliqa çempionu mövsümün sonunda klubundan ayrılacaq
"Real" "Bavariya"nın futbolçusu ilə anlaşıb
"Bavariya" Almaniya millisinin üzvünü 100 milyon avroya transfer etməyi düşünür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər