Premyer Liqa: “Zirə” səfərdə “Səbail”i məğlub edib
sizinxeber.az xəbər saytı

Premyer Liqa: “Zirə” səfərdə “Səbail”i məğlub edib


Misli Premyer Liqasının XXXIV turunda “Zirə” səfərdə “Səbail”i məğlub edib.

“Sizinxeber.az”un məlumatına görə, “ASCO Arena”da keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 90+1-ci dəqiqədə Davit Volkov vurub.

Bu nəticədən sonra xallarının sayını 70-ə yüksəldən Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda ikinci pillədə qərarlaşıb. Hazırda 22 xalla turnir cədvəlinin sonuncu - 10-cu pilləsində olan “Səbail”in isə I Liqaya düşdüyü dəqiqləşib.

Qeyd edək ki, turun ötən gün baş tutan “Sabah” - “Şamaxı” matçında meydan sahibləri 3:1 hesablı qələbə qazanıb.

Oxşar xəbərlər

Premyer Liqanın XVIII turunda "Zirə" "Səbail"i məğlub edib
Premyer Liqa: "Sumqayıt" doğma meydanda "Sabah"ı məğlub edib
Premyer Liqa: “Zirə” “Neftçi”ni məğlub edib
Premyer Liqa: "Səbail" "Kəpəz"i məğlub edib
Premyer Liqa: "Kəpəz" "Neftçi"ni məğlub edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər