GİN rəsmisi: "Turniri təşkil etməkdə məqsəd sağlam həyat tərzinə, idmana olan həvəsi artırmaqdır"
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəhbəri Elnur Məmmədov Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş, dövlət qurumları arasında minifutbol turniri haqqında fikirlərini bölüşüb.
"Report" xəbər verir ki, nazirlik rəsmisi turniri təşkil etməkdə məqsədin sağlam həyata və idmana həvəsin daha da artırmaq olduğunu bildirib.
O, azarkeşlərin möhtəşəm atmosfer yaratdığını söyləyib:
"Turnir başa çatdı, sizlərlə birlikdə bu gözəl finalın şahidi olduq. Azarkeşlərin yaratdığı atmosferi xüsusi qeyd etmək lazımdır. Hər oyunda bu cür atmosfer olurdu. Dövlət qurumlarının əməkdaşlarının övladları, ailələri də gəlib dəstəklərini göstərdilər. Turniri təşkil etməkdə məqsəd dövlət qurumlarının əməkdaşları arasında sağlam həyat tərzinə, idmana olan həvəsi artırmaqdır. Həmçinin öz uşaqlarımıza nümunə olmalıyıq. Bunun üçün təkcə minifutbol deyil, bütün idman növləri üzrə turnirlər keçirilir. Bu, həmçinin bizləri çevik həyat tərzinə yönləndirir. Sizə də təşəkkürümüzü bildirirk ki gəlib tədbirlərimizi işıqlandırırsınız".
Qeyd edək ki, turnirin qalibi Ədliyyə Nazirliyinin komandası olub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi ikinci, Daxili İşlər Nazirliyinin təmsilçisi isə üçüncü yeri tutub.
Oxşar xəbərlər
Dövlət qurumları arasında minifutbol turnirinin mükafatlandırma mərasimi keçirilib
Sumqayıtda minifutbol turniri keçirilib
Qubada 14 yaşadək qızlar arasında futzal turniri keçiriləcək
Uşaq evlərinin komandaları arasında minifutbol turniri təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
