Futbol üzrə Azərbaycan Kubokunda sonuncu finalçı müəyyənləşib
sizinxeber.az xəbər saytı

Futbol üzrə Azərbaycan Kubokunda sonuncu finalçı müəyyənləşib


Futbol üzrə Azərbaycan Kubokunda sonuncu finalçı müəyyənləşib.

“Sizinxeber.az” xəbər verir ki, bu yarımfinal mərhələsinin “Sabah”la “Neftçi” arasında baş tutan cavab matçından sonra bəlli olub.

“Bank Respublika Arena”da keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. “Sabah”ın heyətində 23-cü dəqiqədə Cesse Sekidika fərqlənib. “Neftçi”dən isə Emin Mahmudov 40-cı dəqiqədə rəqib qapısına yol tapıb.

Beləliklə, iki oyunun nəticəsinə görə finala vəsiqə qazanan tərəf “Sabah” (2:1, 1:1) olub. Vasili Berezutskinin rəhbərlik etdiyi komanda mövsümün son matçında “Qarabağ”la üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan Kubokunun final matçı mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Oxşar xəbərlər

Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
Futbol üzrə Azərbaycan Kubokunda ilk 1/4 finalçı müəyyənləşib
Azərbaycan Kuboku: "Qarabağ" "Araz-Naxçıvan"a qalib gələrək finala yüksəlib
Futbol üzrə Azərbaycan Kubokunda bu gün finalçılar müəyyənləşəcək
"Sabah" Azərbaycan Kubokunda 1/4 finala yüksələn növbəti komanda olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər