sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
“Qarabağ” ev oyunlarının "Azərsun Arena"da keçirilməsi üçün PFL-ə müraciət edib
“Qarabağ” ev oyunlarının "Azərsun Arena"da keçirilməsi üçün Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Müraciətdə stadionda təmir və bərpa işlərinin başa çatmaq üzrə olduğu və klubun Misli Premyer Liqasının 2024/2025 mövsümünün son ev oyunlarını “Azərsun Arena”da qəbul etmək istədiyi bildirilib.
“Qarabağ” klubunun müraciətini, Əsasnamə tələblərinin qorunmasını nəzərə alan PFL məsələni müsbət qarşılayıb.
Beləliklə, XXXIII turun “Sumqayıt” ilə mayın 4-də gerçəkləşəcək görüşündən etibarən “Qarabağ” ev oyunlarını “Azərsun Arena”da keçirəcək.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib
Azərbaycan Premyer Liqasında II tura bu gün start veriləcək
İspaniya və Braziliya klubunun transfer etmək istədiyi Juninyo hələ də "Qarabağ"ın düşərgəsindədir
Premyer Liqa: “Neftçi” – “Qarabağ” oyununun vaxtı bəlli olub
Azərbaycan Premyer Liqası: II turun oyun cədvəli açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













