"Neftçi" səfərdə "Zirə"yə qalib gəlib
sizinxeber.az xəbər saytı

"Neftçi" səfərdə "Zirə"yə qalib gəlib


Misli Premyer Liqasının XXII turunda "Neftçi" səfərdə "Zirə"yə qalib gəlib.

"Sizinxeber.az"un məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda baş tutan oyunda "ağ-qaralar" 2:1 hesablı qələbəyə sevinib.

Hesabı 88-ci dəqiqədə qonaqlar açıb. Emin Mahmudov rəqib torunu silkələyib. Meydan sahibləri 90+1-ci dəqiqədə bərabərlik qolunu vurub. Ruan Renato adını tabloya yazdırıb. Bununa belə, 90+3-cü dəqiqədə fərqlənən Ervin Koffi "Neftçi"nin qələbəsində əsas pay sahibi olub.

"Qartallar" 39 xalla üçüncü sırada yer alıb. Samir Abasovun rəhbərlik etdiyi kollektiv isə xallarının sayını 24-ə yüksəltməkdə bir pillə irəliləyib və altıncı sıraya yüksəlib.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Şamaxı" evdə "Sumqayıt"ı (1:0), "Sabah" isə "Turan Tovuz"u (2:1) məğlub edib. "Araz-Naxçıvan" - "Kəpəz" matçında isə hesab açılmayıb. Tura noyabrın 11-də "Qarabağ" - "Səbail" qarşılaşması ilə yekun vurulacaq.

Oxşar xəbərlər

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" səfərdə "Sumqayıt"a qalib gəlib
"Neftçi" "Araz-Naxçıvan"a məğlub olub
Premyer Liqa: "Sumqayıt" "Neftçi"yə qalib gəlib
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" Premyer Liqada "Zirə"yə qalib gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər