Azərbaycan çempionu olan qapıçı: "Şans verilsə, dünya çempionatında gücümü göstərmək istəyirəm"
Şans verilsə, dünya çempionatında gücümü göstərmək istəyirəm.
Bunu "Report"a açıqlamasında minifutbol üzrə Azərbaycan çempionatının final oyunundan sonra "Birbaşa Bakı" komandasının qapıçısı Vəli Qafarov deyib.
O, çempion olduqları üçün hədsiz dərəcədə sevincli olduqlarını dilə gətirib:
"Allaha şükürlər olsun ki, bu dəfə də istəyimizə çatdıq. Komanda yoldaşlarıma təşəkkür edirəm ki, bu cür birlik nümayiş etdirdilər. Final qarşılaşmasını izləməyə gələn azarkeşlərə də "çox sağ olun" demək istəyirəm. Çünki onlar bizə əsl final ab-havası yaşatdılar. Düşünürəm ki, layiqli komanda çempion oldu. Artıq üçüncü dəfədir ki, həlledici mərhələdə "Zirə"ni üstələyirik. Ardıcıl 4-cü dəfə qızıl medallara sahib çıxmaq möhtəşəm hissdir".
Təcrübəli qolkiper Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatını səbirsizliklə gözlədiyini söyləyib:
"Paytaxtımız mötəbər yarışa ev sahibliyi edəcək. Bu hal hər kəs kimi, məni də həyəcanlandırır. Məşqçilərimiz şans versələr, mən də öz gücümü göstərmək istəyərəm. Ümid edirəm ki, hər şey ürəyimizcə olacaq".
Qeyd edək ki, "Birbaşa Bakı" finalda "Zirə"yə 2:0 hesabı ilə qalib gələrək Azərbaycan çempionu olub.
Oxşar xəbərlər
"Birbaşa Bakı"nın baş məşqçisi: "Çempionluq olduqca xoş hissdir"
“Zirə” minifutbol klubunun qapıçısı: “Ümid edirəm ki, qızıl medalları biz qazanacağıq”
Minifutbol üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinə start verilib
Minifutbol üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib
Minifutbol üzrə Azərbaycan çempionatının ən güclü komandaları və oyunçuları mükafatlandırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
