Kurban Berdıyev: "Turan Tovuz" futbolçuları Emmanuel Hakmana görə mübarizə apardılar"
"Turan Tovuz" futbolçuları Emmanuel Hakmana görə mübarizə apardılar.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev "Neftçi"yə qarşı Misli Premyer Liqasının XXVI turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis heç-heçə başa çatan qarşılaşma barədə danışıb:
"Fasilədə futbolçularla söhbətimiz oldu. Onlar qarşılaşmanın əvvəlində qırmızı vərəqə alan Emmanuel Hakmana görə mübarizə apardılar. Baxmayaraq ki, matçın gedişində Hakman səhvə yol vermişdi. Buraxdığımız qolu çıxmaq şərti ilə "Neftçi"yə fərqlənmək üçün elə də çox imkan tanımadıq. Müdafiədə etibarlı çıxış etdik. Düşünürəm ki, 1:1 hesabı ədalətli nəticə idi".
Qeyd edək ki, XXVI turun görüşündə "Turan Tovuz" səfərdə "Neftçi" ilə heç-heçəyə razılaşıb - 1:1.
Oxşar xəbərlər
Premyer Liqanın XXVI turunda "Neftçi" "Turan Tovuz"la bərabərə qalıb
"Turan Tovuz"un baş məşqçisi: "Meydanda ən yaxşı oyunçu "Qarabağ"ın qapıçısı idi"
Kurban Berdıyev: "Mövsüm ərzində ən zəif oyunumuzu göstərdik"
Kurban Berdıyev: "Araz-Naxçıvan"la oyundan çox şey asılı idi"
Kurban Berdıyev: "Zirə" layiqli qələbə qazandı"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













