Kurban Berdıyev: "Zirə" layiqli qələbə qazandı"
sizinxeber.az xəbər saytı

Kurban Berdıyev: "Zirə" layiqli qələbə qazandı"


Rəqib komanda layiqli qələbə qazandı.

"Report" xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev "Zirə"yə qarşı Misli Premyer Liqasının XXV turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis qalib gəldikləri üçün sevincli olduqlarını bildirib:

"Zirə" kimi komandalara qarşı oyunda erkən qol buraxmaq heç də yaxşı nəticələrə yol açmır. Buraxılan qoldan sonra toparlanmaq çətin olur. Rəqib komanda qol vurmaq üçün əsasən əks hücumlara bel bağlamışdı. Edilən dəyişikliklərdən sonra "Zirə" meydanın mərkəzində daha fəal çıxış etməyə başladı və nəticədə ikinci qolu buraxdıq. Düşünürəm ki, "Zirə" layiqli qələbə qazandı".

Qeyd edək ki, XXV turun görüşündə "Turan Tovuz" doğma meydanda "Zirə"yə 0:2 hesabı ilə uduzub.

Oxşar xəbərlər

Kurban Berdıyev: "Futbolçularıma xarakter göstərdiklərinə görə təşəkkür edirəm"
Kurban Berdıyev: "Araz-Naxçıvan"la oyundan çox şey asılı idi"
"Turan Tovuz"un baş məşqçisi: "Meydanda ən yaxşı oyunçu "Qarabağ"ın qapıçısı idi"
Rəşad Sadıqov: "Turan Tovuz"la oyunlar hər zaman çətin keçir"
Kurban Berdıyev: "Planlaşdırdıqlarımızı həyata keçirə bilmədik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər