"Neftçi"nin İdarə Heyətinin üzvü Premyer Liqada legioner limitinin ləğv olunmasına münasibət bildirib
"Neftçi"nin İdarə Heyətinin üzvü Emin Əmrullayev 2025/2026 mövsümündə Misli Premyer Liqasında legioner limitinin ləğv olunmasına münasibət bildirib.
"Sizinxeber.az"un məlumatına görə, o, bu barədə "Palms Sports" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzaladıqları tədbirdə danışıb.
E.Əmrullayev proqnoz verməyin çətin olduğunu söyləyib:
"Gərək əvvəl nəticələri görək. Legioner limitinin ləğvi liqanın rəqabətli olmasına və çempionatın səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. Yerli futbolçular limitin tətbiqində rahat olurlar. Hər halda, bunu müsbət qərar kimi görürəm. Amma nəticələri birlikdə görəcəyik. Azərbaycan Basketbol Liqasını nümunə gətirmək istəyirəm. Oyunun keyfiyyəti qalxıb".
Qeyd edək ki, “Neftçi” PFK ilə “International Holding Company”yə (IHC) məxsus olan “Palms Sports” arasında bu gün 5 illik sponsorluq müqaviləsi imzalanıb.
Xatırladaq ki, hazırda Premyer Liqada limit "7 legioner + 4 yerli futbolçu" şəklindədir. Fevralın 3-də keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında 2025/2026 mövsümündən etibarən legioner limitinin ləğvi ilə bağlı qərar çıxarılıb. Həmçinin əcnəbi futbolçuların sifarişi üçün böyük məbləğdə rüsum tətbiq olunub.
Oxşar xəbərlər
Emin Əmrullayev: "Sponsorluq müqaviləsi "Neftçi"nin strateji inkişafı üçün önəmlidir"
"Neftçi"nin "Palms Sports" şirkəti ilə imzaladığı müqavilədən gəliri klubun illik qazancının 30 faizini təşkil edir
"Neftçi" rəsmisi: "Sponsorluq müqaviləsinin klub üçün uğurlu olacağına inanırıq"
"Palms Sports"un baş icraçı direktoru: "Neftçi" sadəcə futbol klubu deyil, Azərbaycanın irsinin rəmzidir"
"Neftçi Arena"nın və klubun Futbol Mərkəzinin adı dəyişdirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
