Azərbaycan Kuboku: "Neftçi" və "Sabah" 1/4 final mərhələsində ilk oyuna çıxır
"Neftçi" və "Sabah" futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində bu gün ilk oyunlarını keçirəcəklər.
"Report"un məlumatına görə, "ağ-qaralar" "Kəpəz"in qonağı olacaq.
Qarşılaşma Tovuz şəhər stadionunda, saat 16:00-da start götürəcək. Tərəflər arasında cavab matçı fevralın 28-də baş tutacaq.
Günün ikinci oyununda isə "Sabah" "Sumqayıt"ı qəbul edəcək. Görüş saat 18:30-da başlayacaq. Cavab oyunu fevralın 27-də keçiriləcək.
Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
5 fevral
16:00. “Kəpəz” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Nicat İsmayıllı.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu
18:30. “Sabah” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Bank Respublika Arena”
Qeyd edək ki, 1/4 final mərhələsinin digər ilk oyunları fevralın 6-da keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan Kuboku: 1/8 final mərhələsinin oyunlarına təyinatlar açıqlanıb
APL-də XXI tur: "Sabah" "Kəpəz"in, "Şamaxı" "Neftçi"nin qonağıdır
Premyer Liqa: "Neftçi" və "Qarabağ"ın növbəti oyunlarının təyinatları bəlli olub
Premyer Liqa: XII turun oyunları üçün təyinatlar açıqlanıb
Azərbaycan Premyer Liqası: X turun hakim təyinatları açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













