"Yuventus" İngiltərə klubunun futbolçusunu icarəyə götürüb
sizinxeber.az xəbər saytı

"Yuventus" İngiltərə klubunun futbolçusunu icarəyə götürüb


İtaliyanın "Yuventus" klubu İngiltərə təmsilçisi "Nyukasl"dan Lloyd Kellini icarəyə götürüb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı müdafiəçi ilə icarə müqaviləsi cari mövsümün sonuna qədər nəzərdə tutulub. "Yuventus" futbolçunu məcburi satınalma şərti ilə icarəyə götürüb.

"Transfermarkt"in məlumatına görə, icarə haqqı 3,8 milyon avro təşkil edib. Satınalma qiyməti isə 17,2 milyon avro olacaq.

Qeyd edək ki, L.Kelli "Nyukasl"ın heyətində cari mövsüm meydana çıxdığı 14 oyunda bir məhsuldar ötürmə müəllifi olub.

Oxşar xəbərlər

"Yuventus" "Fiorentina"nın futbolçusunu icarəyə götürüb
"Yuventus" yunan futbolçunu icarəyə götürüb
"Lans" İtaliya klubunun hücumçusunu icarəyə götürüb
"Yuventus" futbolçusunu icarəyə verib
"Yuventus" futbolçusunu gələn yay sata bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər